COP29

"O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən"

25 May 08:40 Cüdo 880
"O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən"

"Olimpiadada fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olan Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan üçün qızıl medal qazandığına görə çox şad olduğunu bildirib:

"Ötən il Avropa çempionatının qalibi olmuşdum. Bu dəfə mundialda bayrağımızın dalğalandırılmasına və himnimizin səsləndirilməsinə nail oldum.

2016-cı ildən Azərbaycandayam. Ölkənin bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əlimdən gələni edirəm, Olimpiadada da fəxri kürsüdə yer almaq üçün əlimdən gələni edəcəm".

"Emosiyalara gəlincə, sözün düzü, bir qədər inanılmazdır. Amma mən çox xoşbəxtəm.

Həmişə dünya çempionu olmaq arzusu ilə yaşamışam. Mundialda iki dəfə üçüncü yeri tutmuşdum.

Şəxsi məşqçim Elxan Məmmədov bu turnirə kimi Azərbaycanın yeganə dünya çempionu idi. O, həmişə mənə deyirdi ki, sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et.

Hidayət Heydərov çempion olandan sonra yanıma gəldi və qızıl medalını göstərib "sən də bunu bacara bilərsən" dedi.

O, mənə Birinci vitse-prezident Mehriban Əliyevanın instaqramdakı təbrik paylaşımını da göstərdi. Bütün bunlar mənə xüsusi motivasiya verdi", - deyə Z.Kotsoyev vurğulayıb.

O, Azərbaycan Cüdo Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib:

"Biz böyük bir ailəyik. Onların dəstəyini həmişə hiss edirik.

Məşqçilərə, həkimlərə və masayçılara da təşəkkürümü bildirirəm. Bu uğurda onların da zəhməti var".

Əbu-Dabidə Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya çempionu olub.

Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi