Olimpiya çempionumuz- Avropa çempionatının finalını uduzdu

03:10 Cüdo 137
Olimpiya çempionumuz- Avropa çempionatının finalını uduzdu

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.

Kişilərdən Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxıb.

Kotsoyev həlledici görüşdə gürcüstanlı İlia Sulamanidzeyə məğlub olub. Bununla da o, turnirə gümüş medalla başa vurub.

Digər cüdoçumuz Kokauri isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub.

Qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır.

Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq