
Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa kuboku sona yetib.
Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun təmsilçilərindən qadınlar arasında Aydan Vəliyeva (52 kq) bütün rəqiblərini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gültac Məmmədəliyeva (52 kq) isə gümüş medala layiq görülüb.
Kişilərin mübarizəsində Vüqar Talıbov (90 kq) turniri üçüncü pillədə başa vurub.
Polşanın Poznan şəhərində gənclər arasında təşkil olunan Avropa kubokunda isə “ağ-qaralar”ın cüdoçusu Süleyman Şükürov (81 kq) yalnız final
görüşündə məğlub olaraq gümüş medal qazanıb. Nihad Məmişov (60 kq) isə yarışın bürünc medalına yiyələnib.