Federasiya bundan xəbərsizdir: “O, hazırda Azərbaycan millisinin üzvü deyil”

26 Fevral 03:20 Cüdo 832
Federasiya bundan xəbərsizdir: “O, hazırda Azərbaycan millisinin üzvü deyil”

"Cüdoçu Səid Mollayi (81 kq) hazırda Azərbaycan millisinin üzvü deyil".

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Amma onun karyerasını bitirib-bitirmədiyi ilə bağlı heç nə deyə bilmərik. Məlumatımız yoxdur", - deyə qurumdan bildirilib.

Səid Mollayi 2022-ci ilin mayında Azərbaycan yığmasına cəlb edilmişdi. 33 yaşlı cüdoçu 2011-2019-cu illər aralığında İranı, 2019-2022-ci illər aralığında Monqolustanı təmsil edib.

Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş mükafata sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti