COP29

“Gördüm ki, ağlayır, maşından düşüb onunla…” – MARAQLI VİDEO

08:50 Cüdo 138
“Gördüm ki, ağlayır, maşından düşüb onunla…” – MARAQLI VİDEO

Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərovla bağlı videoçarx hazırlayıb.

Sportinfo.az xəbər verir ki, Olimpiya çempionu Parisdəki qələbə ilə bağlı təəssüratlarını bölüşüb:

“Hava limanına gəldiyimdə bir uşaq mənimlə şəkil çəkdirmək istəyirdi.

Amma həddindən artıq çox adam var idi.

Sonra gördüm ki, ağlayır. Maşından düşüb onunla şəkil çəkdirdim”.

O, həmçinin, Prezident İlham Əliyevin təbrikindən də danışıb:

“Cənab Prezidentlə görüşüm oldu. Yarışdan sonra mənə zəng eləmişdi.

Bunlar hamısı çox gözəl hisslərdir. Ölkə başçısının qarşısında dedim ki, ikinci dəfə də Olimpiya çempionu olacağam. Bu sözümü tutacam”.

Sözügedən videoçarxı təqdim edirik:

Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?