COP29

Azərbaycanda yenidən dünya çempionatı keçiriləcək

15 Oktyabr 05:00 Cüdo 1 291
Azərbaycanda yenidən dünya çempionatı keçiriləcək

2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və Dünya Çempionatına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək. Dünyanın çox sayda ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaqlar.

Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər Lenti