Azərbaycanın cüdo üzrə milli komandası Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında ən çox medal qazanan ölkələr sırasındadır.
Sportinfo.az xəbər verir ki, yarışa 9 cüdoçu ilə qatılan Azərbaycan millisi artıq bu idman növü üzrə yarışda çıxışını başa vurub.
9 idmançıdan ikisi - Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medal qazanıb, digər 7 idmançı isə medalsız qalıb.
Hazırda Azərbaycan 2 qızılla cüdo yarışlarının medal sıralamasında 2-ci yeri tutur.
Birinci pillədə 3 qızıl, 1 gümüş və 7 bürünc medalla Yaponiya qərarlaşıb. Təşkilatçı ölkə Fransa 1 qızıl, 2 gümüş və 6 bürünc medalla Azərbaycandan sonra - üçüncü yerdədir.
Paris-2024-ün cüdo yarışlarında medal sıralamasında ilk 10-luq aşağıdakı kimidir: