COP29

Hidayətin finaldakı rəqibi məlum oldu - Fransız

29 İyul 19:30 Cüdo 560
Hidayətin finaldakı rəqibi məlum oldu - Fransız

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimizin finaldakı rəqibi fransalı Joan-Benjamin Qaba olacaq.

23 yaşlı Qaba, son olaraq 2024-cü ildə Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Hidayət finala çıxmaqla Paris-2024-də ilk medalımızı rəsmiləşdirib. O, ən azı Olimpiadanın gümüş medalını təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti