Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
Hidayət Heydərov fəxri kürsüdə olarkən təsirli anlar yaşanıb. Azərbaycanın dövlət himni səslənərkən, o, göz yaşlarını saxlaya bilməyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: