COP29

SON DƏQİQƏ! Rövşən Nəcəf Elxan Məmmədovu dostunu baş katib təyin etmək istəyir

14:00 Cüdo 2 376
SON DƏQİQƏ! Rövşən Nəcəf Elxan Məmmədovu dostunu baş katib təyin etmək istəyir

AFFA prezidenti Rövşən Nəcəfin baş katib postuna əsas namizədi bilinib.

Federasiya başçısı Ramin Həsənovu bu vəzifəyə gətirmək istəyindədir.

Əldə etdiyimiz məlumata görə, artıq tərəflər arasında iki belə görüş keçirilib.

Qurumun vitse-prezidenti Balakişi Qasımov tərəfindən dəstəklənən R.Həsənova uzunmüddətli müqavilə təklif olunub.

Adını çəkdiyimiz şəzs 4 ildən artıqdır «Sabah»da çalışır, idman direktoru vəzifəsini yerinə yetirir.

Onun futbol təsərrüfatına gəlişi Elxan Məmmədovla bağlıdır. Sonuncu AFFA-nın baş katibi olduğu illərdə onu bu təşkilata pərçim edib.

Həsənov həmin müddətdə federasiyalarda müxtəlif işlər görüb, «Mançester Yunayted» Yay Futbol Məktəbində də fəaliyyət göstərib.

Ardınca «Səbail»ə göndərilib, 2019-cu ilin son rübünə qədər Bayıl klubunda çalışıb.

Sərxan Hacıyev yaxın vaxtlarda AFFA-nın baş katibi postunu tərk edəcək. Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.

Qurumdan əldə etdiyimiz məlumata görə, Rövşən Nəcəf onu bu vəzifədən kənarlaşdırmaq fikrini qətiləşdirib. AFFA prezidenti Hacıyevi əvəzləməyə namizədlərin siyahısı ilə artıq tanış olub.

Siyahı o qədər geniş deyil, cəmi 3-4 nəfərdən ibarətdir.

Bunun müəyyənləşdirilməsi prosesində vitse-prezident Balakişi Qasımov da iştirakçıdır. Hər halda federasiya başçısı belə məsələlərdə ən çox onunla məsləhətləşir.

Hacıyev bir neçə il Elxan Məmmədovun köməkçisi olub. O, 2022-ci ilin mayında patronunu əvəzləyib.

2024-cü ilin aprelin 2-də isə həm icraçı vitse-prezident, həm də baş katib vəzifələrinə təsdiqlənib.

Rövşən Nəcəflə Sərxan Hacıyevin münasibətləri üçün «qaydasındadır» demək olmaz. Yeddi aydan artıqdır AFFA-nın başına keçən birinci ona bir o qədər etimad göstəmir.

Çünki öz kadrı deyil. Nəcəf mühüm postu ondan almanla, qurumun daxili həyatına daha çox nüfuz etmək, gündəlik proseslərə nəzarət imkanlarını genişləndirmək məqçədi güdür.

SPORTİNFO.AZ

Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 17:00 VAR, yoxsa YOX?