COP29

Bu gün Liqa mərhələsi başlayır - Çempionlar Liqasında

17 Sentyabr 15:20 Çempionlar Liqası 1 240
Bu gün Liqa mərhələsi başlayır - Çempionlar Liqasında

2024/2025 mövsümdən yeni formatda keçiriləcək Çempionlar Liqasının Liqa mərhələsində I tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, azarkeşlər bu gün 6 qarşılaşmanın şahidi olacaqlar.

Maraqlı görüşlərdən biri İtaliyada reallaşacaq. Milanın eyniadlı təmsilçisi doğma meydanda "Liverpul" ilə görüşəcək.

İspaniya təmsilçisi "Real" Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək. Almaniyanın digər təmsilçisi "Bavariya" isə evdə Zaqreb "Dinamo"su ilə oynayacaq.

İlk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

I tur

20:45. "Yuventus" (İtaliya) - PSV (Niderland)

20:45. "Yanq Boys" (İsveçrə) - "Aston Villa" (İngiltərə)

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Real" (Madrid, İspaniya) - "Ştutqart" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Lill" (Fransa)

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM