COP29

Çempionlar Liqası tarixinin ən gənc ikinci qolçusu oldu

21 Sentyabr 01:30 Çempionlar Liqası 663
Çempionlar Liqası tarixinin ən gənc ikinci qolçusu oldu

“Barselona”nın futbolçusu Lamin Yamal tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqası (ÇL) tarixinin ən gənc ikinci qolçusu olub.

İspaniya millisinin üzvü bunu I turda “Monako” ilə keçirilən səfər görüşündə reallaşdırıb. Çempionlar Liqasındakı debüt qarşılaşmasının 28-ci dəqiqəsində fərqlənən Yamal 17 yaş 68 günlüyündə bunu bacarıb.

O, yalnız komanda yoldaşı Ansu Fatidən geri qalır. Fati daha əvvəl 17 yaş 40 günlüyündə qitənin ən nüfuzlu klub turnirində qol sevinci yaşayıb.

“Barselona” səfər matçında “Monako”ya 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti