Bu gün 1/8 finalın püşkü atılacaq - Çempionlar Liqasında

21 Fevral 12:20 Çempionlar Liqası 752
Bu gün 1/8 finalın püşkü atılacaq - Çempionlar Liqasında

Bu gün avrokuboklarda 1/8 final mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə əvvəlcə Çempionlar Liqasının püşkü atılacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Avrokubokların yeni formatına görə komandaların potensial rəqibləri əvvəlcədən bəllidir. Yəni hər komandanın qarşılaşa biləcəyi iki mümkün rəqib püşkdən əvvəl bilinir.

1/8 finalın oyunları 4-5 və 11-12 martda olacaq.

PSJ-nin (Fransa) mümkün rəqibləri: “Liverpul” (İngiltərə), “Barselona” (İspaniya)

“Benfika”nın (Portuqaliya) mümkün rəqibləri: “Liverpul” (İngiltərə), “Barselona” (İspaniya)

“Liverpul”un (İngiltərə) mümkün rəqibləri: PSJ (Fransa), “Benfika” (Portuqaliya)

“Barselona”nın (İspaniya) mümkün rəqibləri: PSJ (Fransa), “Benfika” (Portuqaliya)

“Brügge”nin (Belçika) mümkün rəqibləri: “Lill” (Fransa), “Aston Villa” (İngiltərə)

“Borussiya”nın (Dortmund, Almaniya) mümkün rəqibləri: “Lill” (Fransa), “Aston Villa” (İngiltərə)

“Lill”in (Fransa), mümkün rəqibləri: “Brügge” (Belçika), “Borussiya” (Dortmund, Almaniya)

“Aston Villa”nın (İngiltərə) mümkün rəqibləri: “Brügge” (Belçika), “Borussiya” (Dortmund, Almaniya)

“Real”ın (İspaniya) mümkün rəqibləri: “Atletiko” (İspaniya), “Bayer” (Almaniya)

“Bavariya"nın (Almaniya) mümkün rəqibləri: “Atletiko” (İspaniya), “Bayer” (Almaniya)

“Bayer”in (Almaniya) mümkün rəqibləri: “Real” (İspaniya), “Bavariya” (Almaniya)

“Atletiko”nun (İspaniya) mümkün rəqibləri: “Real” (İspaniya), “Bavariya” (Almaniya)

PSV-nin (Niderland) mümkün rəqibləri: “Arsenal” (İngiltərə), “İnter” (İtaliya)

“Feyenoord”un (Niderland) mümkün rəqibləri: “Arsenal” (İngiltərə) “İnter” (İtaliya)

“Arsenal”ın (İngiltərə) mümkün rəqibləri: PSV (Niderland), “Feyenoord” (Niderland)

“İnter”in (İtaliya) mümkün rəqibləri: PSV(Niderland), Feyenoord” (Niderland)

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq