COP29

Azərbaycanlı futbolçu problem yaşadı, komandası ÇL-lə vidalaşdı - NƏTİCƏLƏRƏ BAXIN

18 İyul 09:00 Çempionlar Liqası 2 095
Azərbaycanlı futbolçu problem yaşadı, komandası ÇL-lə vidalaşdı - NƏTİCƏLƏRƏ BAXIN

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində 6 matç baş tutub.

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə uduzduğu “Borats”ı məğlub edib. İki oyunun nəticəsi bərabər olduğu üçün qalib penalti seriyasında bəlli olub.

Albaniya çempionu iki zərbəni qeyri-dəqiq yerinə yetirərək turnirlə vidalaşıb. Əliyev 105 dəqiqə meydanda mübarizə aparıb. O, zədələnərək, meydanı tərk edib.

“Struqa” – “Slovan” 1:2
İlk oyun – 2:4

“Petrokub” – “Ordabası” 1:0
İlk oyun – 0:0

“Dinamo” (Batumi) – “Lüdoqorets” 1:0
İlk oyun – 1:3

“Differdanj” – “Klaksvik” 0:0
İlk oyun – 0:2

“Eqnatiya” – “Borats” 2:1
İlk oyun – 0:1

“Larne” – RFS – 0:0
İlk oyun – 0:3

Digər Xəbərlər
Xəbər Lenti