COP29

"Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır"

12 Sentyabr 03:10 Çempionlar Liqası 826
"Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır"

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Dan-Mitu Mariuş açıqlama verib:

"Çox çətin turnir idi. Komandamız ən çətin qrupa düşmüşdü. Biz birinci pilləni tuta bildik. Bir az da bəxtimiz gətirdi. Bəxt önəmli amildir. Bir oyunun penaltilərlə udduq. Penalti zərbələrinə öncədən hazırlaşmışdıq. Elmar penaltilərdə qapıda idi. Ona rəqiblərin hansı tərəfə vuracağına qədər hazırlaşmışdıq. Təbii ki, bəxt də bizə kömək etdi. Oyun ərzində “Brno”dan yaxşı oynadıq, yaxşı performans göstərdi. Çempionlar Liqasında qalib olmaq bizim haqqımız idi. Ümumilikdə komandamız yaxşı oynadı. Bu turniri qalib gəlmək haqqımız idi. Orada ən layiqli komanda biz idik.Hələlik 2 gün istirahətimiz var. Ondan sonra yerli çempionatın hazırlıqlarına başlayacağıq".

Rumıniyalı məşqçi minifutbol üzrə Çempionlar Liqasında hegemonluğun addımının ötən ildən atıldığını deyib: "Keçən ildən Çempionlar Liqasında Azərbaycan klubları hegemonluq yaratmağa başlamışdı. Keçən il “Zirə” üçüncü yeri tutmuşdu. Biz də orada iştirak etdik. Bu dəfə də çempion olduq. Rumıniya və digər klublar Azərbaycan təmsilçilərindən qorxmağa başlamalıdır. “Birbaşa Bakı”nı dünya minifutbol xəritəsinə daxil edəcəyik. Növbəti ildə də bu turniri qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?