COP29

Çempionlar Liqası ilə bağlı daha bir MÜHÜM MƏLUMAT

30 Avqust 03:30 Çempionlar Liqası 1 010
Çempionlar Liqası ilə bağlı daha bir MÜHÜM MƏLUMAT

Çempionlar Liqasının İlk dəfə olaraq 36 komandanın iştirakı ilə keçiriləcək Liqa mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib.

Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçəcək. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kriştiano Ronalda çəkiblər.

Məlum olduğu kimi, ÇL-də artıq qrup mərhələsi ləğv olunub və o, Liqa mərhələsi ilə əvəzlənib.

İndi komandalar qrupda olduğu kimi 3 komanda ilə 6 oyun deyil, 8 fərqli rəqiblə 8 oyun keçirəcək.

Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq (eyni sistem Avropa Liqasında da tətbiq edilib. Konfrans Liqasında da 36 iştirakçı olacaq. Amma orada komandalar Liqa mərhələsində 6 oyun keçirəcək (3-ü evdə, 3-ü səfərdə).

ÇL-də Liqa mərhələsi sentyabrın 15-də başlanacaq, 2025-ci ilin yanvarın 25-də isə yekunlaşacaq. 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək,

9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Yarışda ən çox komanda ilə (hərəyə 5) İtaliya və Almaniya təmsil olunur. Ümumilikdə, tarixdə ilk dəfə keçiriləcək ÇL-in Liqa mərhələsinin 36 iştirakçısı aşağıda adları qeyd edilən komandalardır:

İngiltərə (4): "Arsenal", "Aston Villa", "Liverpul", "Mançester Siti"

İspaniya (4): "Atletiko", "Barselona", "Jirona", "Real"

Almaniya (5): "Bavariya", "Bayer", "Borussiya" Dortmund, "Leyptsiq", "Ştutqart"

İtaliya (5): "Atalanta", "Bolonya", "İnter", "Milan", "Yuventus"

Fransa (4): "Brest", "Lill", "Monako", "Pari Sen-Jermen"

Niderland (2): PSV, "Feyenoord"

Portuqaliya (2): "Benfika", "Sportinq"

Belçika (1): "Brügge"

Avstriya (2): "Zalsburq", "Şturm"

Serbiya (1): "Srvena Zvezda"

Slovakiya (1): "Slovan"

Ukrayna (1): "Şaxtyor"

Xorvatiya (1): "Dinamo" Zaqreb

Çexiya (1): "Sparta"

İsveçrə (1): "Yanq Boyz"

Şotlandiya (1): "Seltik"

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi