COP29

ÇL-in ən yaxşısı seçilən Təmkin Xəlilzadə: "Təslim olmadıq"

10 Sentyabr 13:20 Çempionlar Liqası 1 308
ÇL-in ən yaxşısı seçilən Təmkin Xəlilzadə: "Təslim olmadıq"

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi “Birbaşa Bakı” vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın aparıcı üzvü Təmkin Xəlilzadə jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında ən yaxşı oyunçu seçilən Xəlilzadə həm bu, həm də turnirin qalibi olmaqları barədə danışıb:

“Maraqlı və ağır turnir oldu. Bakıdan Polşaya gedəndə bilirdik ki, bizi necə turnir gözləyir.

Hər gün 2 oyun oynadıq, 4 günə 7 oyun oynamalıydıq. Bakıda 1 aydan çox yaxşı hazırlıq keçdik, yoldaşlıq görüşləri oynadıq.

Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, sonda qalib gəlməyi bacardıq. Ancaq heç də asan olmadı.

Çünki 4 gün ərzində 7 oyun oynadıq. Uşaqlarda yorğunluq oldu, zədəlilər var idi.

Heç kim təslim olmadı, hamımız xarakter göstərdi. Azərbaycanı layiqincə təmsil edib, kuboku vətənimizə gətirdik.

Ən yaxşı oyunçu seçilməyimə görə çox xoşbəxtəm. Futbolçu olaraq mənim üçün də əlavə stimuldur.

Ancaq mənim üçün bombardirlik, ən yaxşı seçilmək fərq etmirdi. Əsas məqsədimiz Çempionlar Liqası kubokunu qazanmaq idi.

Ona da nail olduq. Sadəcə ən yaxşı seçilməyim məsuliyyəti artırır.

İldən-ilə daha da artırmalısan. Çünki azarkeşlər də çox şey gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar