COP29

“Real”ı Avropanın ən güclüsü edən matdan VİDEOREPORTAJ

2 İyun 01:50 Çempionlar Liqası 626
“Real”ı Avropanın ən güclüsü edən matdan VİDEOREPORTAJ

Çempionlar Liqasında final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və “Real Madrid” üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0.

Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur.

Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?