
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Real" 0:3 uduzduğu "Arsenal"ı Madriddə qəbu edib.
Amma "kral klubu" "come back" etməyi bacarmayıb. Belə ki, evdə də rəqibinə uduzan "Real" ÇL-dəki iştirakını dayandırıb.
Yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.
"Real" (İspaniya) - "Arsenal" (İngiltərə) 1:2
Qollar: Vinisius 67 - Saka 65, Martinelli 90+3
İlk oyun – 0:3