“Real” Çempionlar Liqası ilə vidalaşdı, “İnter” yarımfinalda!

17 Aprel 01:20 Çempionlar Liqası 271
“Real” Çempionlar Liqası ilə vidalaşdı, “İnter” yarımfinalda!

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç keçirilib.

“Real” İngiltərədə böyük hesabla uduzduğu “Arsenal”dan revanş almağa çalışıb. Amma London klubu cavab oyununda da qalib gəlməklə yarımfinala çıxıb.

“İnter” də “Bayern”i qəbul edib. Öz meydanında uduzan Almaniya təmsilçisinin bu dəfə gücü heç-heçəyə çatıb. Nəticədə “İnter” mərhələ adlayan tərəf olub.

Yarımfinal mərhələsi aprelin 29-30-da və mayın 6-7-də keçiriləcək.

“Real” (İspaniya) – “Arsenal” (İngiltərə) 1:2
Qollar
: Vinisius, 67 – B.Saka, 65. Q.Martinelli, 90+3.
İlk oyun – 0:3.

“İnter” (İtaliya) – “Bayern” (Almaniya) 2:2
Qollar
: L.Martines, 58. B.Pavar, 61 – H.Keyn, 52. E.Dayer, 76.
İlk oyun – 2:1.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!