
PSJ-nin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının 1/4 finalında “Aston Villa” ilə cavab oyunundan (2:3) sonra fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq ikinci hissədə çıxışlarını bəyənməyib:
“Çempionlar Liqasını qazanmaq istəyən bizim kimi komandanın ikinci hissəyə belə başlaması qeyri-mümkündür.
Biz daha yaxşı olmalıyıq. Düşünürəm ki, “Aston Villa” ilə matç bu işdə bizə kömək edə bilər. Biz səhvlərimizdən dərs almalıyıq”.
“Aston Villa” – PSJ oyunu aprelin 15-də keçirilib. İngiltərə klubu 3:2 hesabı ilə qalib gəlsə də, parislilərə ümumilikdə uduzub (4:5).