
Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab matçı (3:1) haqda danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyunun gərgin keçdiyini söyləyib:
“Hamımız bu gün xüsusən də, komandamdan möhtəşəm futbol gördük. Çox gərgin, çox təzyiqli oyun idi.
Açığı, yarışdan çıxdığımız üçün məyus oldum. Amma 2025-ci ildə “Barselona”ya ilk məğlubiyyətini verdik və bu, çox şeydən xəbər verir.
Özümüzlə fəxr etməyə tam haqqımız var”.
“Barselona” və “Borussiya” arasında 1/4 finalın ilk oyunu kataloniyalıların qələbəsi (4:0) ilə yekunlaşıb.