“Barselona”nın son uğura imza atması üçün dörd addımı var”

11 Aprel 02:10 Çempionlar Liqası 384
“Barselona”nın son uğura imza atması üçün dörd addımı var”

“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə ilk oyundan sonra fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı futbolçu çox məmnun olduğunu bildirib:

“Barselona”nın son uğura imza atması üçün dörd addımı var. Bu oyundan sonra kataloniyalıların heyətində 99 qol vurmuşam. Çox məmnunam”.

Levandovski “Borussiya” ilə oyunda iki qol vuraraq, komandasının 4:0 hesablı qələbə qazanmasında önəmli rol oynayıb.

“Barselona” və “Borussiya” arasında cavab matçı aprelin 15-də, Dortmunddakı stadionda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti