ÇL: “Barselona” almanları darmadağın etdi, PSJ qələbəni asan qazanmadı - ¼ gecəsi

10 Aprel 01:10 Çempionlar Liqası 358
ÇL: “Barselona” almanları darmadağın etdi, PSJ qələbəni asan qazanmadı - ¼ gecəsi

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Fransada PSJ “Aston Villa”nı qəbul edib.

Oyunda hesabı ingilislər açsalar da, meydan sahibləri yekunda inamlı qələbə qazanıblar.

Digər qarşılaşma İspaniyada baş tutub. “Barselona” Dortmund “Borussiya”sini sınağa çəkib və 4 cavabsız qolla qalib gəlib.

Cavab oyunları aprelin 15-16-da keçiriləcək.

PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) 3:1
Qollar
: D.Due, 39. X.Kvaratsxeliya, 49. N.Mendes, 90+2 – M.Rocers, 35

“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 4:0
Qollar
: Rafinya, 25. R.Levandovski, 48; 66. Lamin Yamal, 77.

Digər Xəbərlər
Xəbər Lenti
April
2025
SunMonTueWedThuFriSat