
Xəbər verdiyimiz kimi, “Real” Çempionlar Liqasında 1/4 final mərhələsində səfərdə “Arsenal”a 3:0 hesabı ilə məğlub olub.
Sportinfo.az “Opta Sport”a istinadən xəbər verir ki, matçın ulduzu Deklan Rays ÇL-də ilkə imza atıb.
Belə ki, ingilis futbolçu turnirin pley-off mərhələsində bir matçda cərimə zərbəsindən iki qol vuran ilk oyunçu olub.
Komandalar arasında cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.