
“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasını qazanmaq istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu əsas arzusunun Çempionlar Liqasını qazanmaq olduğunu bildirib:
“Mənim arzum Çempionlar Liqasını qazanmaqdır. Bu, mənim bütün həyatımın məqsədidir.
Bu mövsüm bunu öz stadionumuzda etmək şansımız var. Belə bir zəfər xüsusi olacaq.
Qarşıda bizi 1/4 finalda “İnter”ə qarşı vacib matçlar gözləyir. Mümkün qədər hazır olmalıyıq”.
Keynin “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonunda başa çatacaq. Onun bazar dəyəri 90 milyon avrodur.