“Bilirik ki, Çempionlar Liqasında matçın taleyini bir neçə epizodlarla həll etmək olar”

“Bilirik ki, Çempionlar Liqasında matçın taleyini bir neçə epizodlarla həll etmək olar”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşıdakı oyunlar haqda danışıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandanın rəqibdən üstün olduğuna inanmalı olduğunu bildirib:

“Komanda rəqibdən üstün olduğumuza inanmalıdır: görüşün ilk saniyəsindən sonuncu saniyəsinə kimi. Biz çox yaxşı bilirik ki, Çempionlar Liqasında matçın taleyini bir neçə epizodlarla həll etmək olar”.

“Arsenal” və “Real” arasında ilk oyun aprelin 8-də Londondakı stadionda keçiriləcək və matçın start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti