Dünyanın ən prestijli liqasının finalı buna görə Bakıya tapşırılmadı

22 Mart 14:25 Çempionlar Liqası 988
Dünyanın ən prestijli liqasının finalı buna görə Bakıya tapşırılmadı

Çempionlar Liqasının 2027-ci ildə keçiriləcək final oyununun Madriddəki “Metropolitano”ya verilməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, namizədlər arasında Bakı Olimpiya Stadionu olsa da, həlledici görüşün məkanı öncədən bəlli imiş.

Əslində final matçının əvvəlcə “San Siro”ya verilməsi ehtimal olunurdu. Lakin tikinti işlərinə görə Milandakı arena bu hüquqdan məhrum edilmişdi.

Ondan sonra “Metropolitano” variantı qəbul olunub. Bakı Olimpiya Stadionu isə alternativ arena kimi siyahıya əlavə edilib.

Bildirilib ki, “Atletiko”nun stadionu qəbul edilməsəydi, o zaman final görüşü Bakıya veriləcəkdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 18:10 Bu da Santusla İLK!