Bakının BOS-u namizəddir - ÇL finalının yeri hələ bəlli deyil

21 Mart 00:50 Çempionlar Liqası 150
Bakının BOS-u namizəddir - ÇL finalının yeri hələ bəlli deyil

Bir neçə gündür UEFA-nın 2027-ci ildə baş tutacaq Çempionlar Liqasının final matçının “Atletiko”nun (Madrid) ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda olacağı iddia edilib.

İddialarda yer alan ikinci namizəd isə Bakı Olimpiya Stadionu olub.

Sportinfo.az xəbər verir ki, iddialardan sonra İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan yerli jurnalistlərə açıqlamasında məlumatı təsdiq edib.

Lakin bir neçə saat sonra bu xəbərlər təkzib olunub.

“Marca” nəşrinin yazdığına görə, “Atletiko” Madrid prezidenti Enrike Serezo bu açıqlamaya təəccüblənib. Çünki klub bu barədə heç bir rəsmi məlumat almayıb.

“Atletiko”nun ofislərindən bildirilib ki, onlar hələ də bu müraciətin tamamlanması üçün zəruri prosedurları yerinə yetirirlər və UEFA finalın keçiriləcəyi stadionu yalnız Avropa Liqasının həlledici oyunu ərəfəsində, may ayında Bilbaoda elan edəcək.

Beləliklə, Bakı ÇL-in finalı üçün hələ Madridlə yarışmaqdadır. Böyük finala hansı arenanın ev sahibliyi edəcəyi ilə bağlı rəsmi yekun qərarın isə mayın 19-da UEFA İcraiyyə Komitəsinin iclasında veriləcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi