
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında 1/8 final mərhələsində keçirilən “Liverpul”- PSJ oyununda Fransa təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
İlk görüş İngiltərə klubunun 1:0 hesablı qələbəsilə yekunlaşdığına görə matçda əlavə vaxt oynanılıb.
Sportinfo.az xəbər verir ki, qalib penaltilər seriyasında məlum olub.
Penalti zərbələrini daha dəqiq yerinə yetirən PSJ (1-4) qalib gələrək 1/4 final mərhələsinə çıxıb.