
Çempionlar Liqasının martın 11-də və 12-də keçiriləcək bəzi oyunlarına hakim təyinatları açıqlanıb.
Həmin günlərdə turnirin 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Lill” – “Borussiya” (Dortmund) matçını isveçrəli referi Sandro Şerer idarə edəcək.
“Brügge” – “Aston Villa” qarşılaşması Daniel Sibertin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadasına tapşırılıb.
Polşalı hakim Şimon Marçinyak “Atletiko” – “Real” derbisinə təyinat alıb.
“Arsenal” – PSV oyununun baş hakimi sloveniyalı Rade Obrenoviç olacaq.
Fransalı hakim Letexier “Barselona” – “Benfika”, rumıniyalı hakim Kovaç isə “Liverpul” – PSJ matçına təyin olunub.