UEFA icazə verdi - ÇL oyunu 1 dəqiqəlik sükutla başlayacaq

11 Mart 10:20 Çempionlar Liqası 397
UEFA icazə verdi - ÇL oyunu 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” və “Benfika” arasındakı cavab oyunundan əvvəl 1 dəqiqəlik sükut elan ediləcək.

Sportinfo.az xəbər verir ki, UEFA kataloniyalıların vəfat edən həkimi Karles Minaro Qarsiyanın xatirəsini yad etməyə icazə verib.

Cavab oyunu martın 11-də keçiriləcək.

İspaniya nəhənginin həkimi La Liqanın 27-ci turunda “Barselona” - “Osasuna” matçından əvvəl dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti