
Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutub.
Sportinfo.az xəbər verir ki, “İnter” səfərdə “Feyenoord”la qarşılaşıb və inamlı qələbəyə sevinib.
“Liverpul” PSJ-nin, “Barselona” isə “Benfika”nın qonağı olub. Hər iki oyunda qonaqlar tək qolla vacib qələbə qazanıblar.
“Bayern” isə evdə “Bayer”ə 3 cavabsız qolla qalib gəlib.
“Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:2
Qollar: M.Türam, 38. L.Martines, 50.
PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Elliot, 87.
“Bayern” (Almaniya) – “Bayer” (Almaniya) 3:0
Qollar: H.Keyn, 9; 75-pen. C.Musiala, 54.
“Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qol: Rafinya, 61.