
“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” ilə qarşıdakı ilk oyunu haqda danışıb.
Komandalar arasında qarşılaşma bu gün Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu matçda da onlar üçün asan olmayacağını deyib:
“Qrup mərhələsinin “Benfika” ilə oyununda baş verənləri gördüz. Bu matçda da bizim üçün asan olmayacaq.
Çalışmalıyıq ki, rəqibimizin hədəfimizə yaxın şansları mümkün qədər az olsun. Əvvəlki kimi hücumda da soyuqqanlı olmalıyıq”.
Yanvarın 21-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Benfika” “Barselona”nı qəbul etmiş, qarşılaşma Kataloniya təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatmışdı.