“Çempionlar Liqasında bizdən daha böyük favorit yalnız onlardır”

20 Fevral 15:40 Çempionlar Liqası 1 807
“Çempionlar Liqasında bizdən daha böyük favorit yalnız onlardır”

“Barselona”nın vingeri Lamin Yamal Çempionlar Liqasının əsas favoritləri haqqında fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalıÇempionlar Liqasında onlardan daha böyük favoritin yalnız “Liverpul” olduğunu bildirib:

“Məncə, Çempionlar Liqasında bizdən daha böyük favorit yalnız “Liverpul”dur. Çünki onlar turnir cədvəlində birinci idilər.

Amma biz kubok üçün mübarizə apara bilərik. Zirvədə ola bilərik”.

“Barselona” Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına əsasən, “Liverpul”dan 2 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb.

Kataloniya klubu sonuncu dəfə 2014/15 mövsümündə Çempionlar Liqasının qalibi olub. O vaxtdan bəri “Liverpul” üç dəfə bu turnirin finalına çıxsa da, yalnız birində qalib gələ bilib.

Digər Xəbərlər
Xəbər Lenti