Hansı komandalar pley-offdan 1/8 finala yüksəldi? - Çempionlar Liqasında

20 Fevral 10:00 Çempionlar Liqası 483
Hansı komandalar pley-offdan 1/8 finala yüksəldi? - Çempionlar Liqasında

Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərindən sonra 1/8 finala vəsiqə qazanan 8 komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bunlar "Feyenoord", "Bavariya", "Brügge", "Benfika", "Real", "Borussiya" (Dortmund), PSJ və PSV-dir.

"Feyenoord" (Niderland) pley-offda "Milan"ı (İtaliya) üstələyib - 1:0, 1:1.

"Bavariya" (Almaniya) "Seltik" (Şotlandiya) səddini keçib - 2:1, 1:1.

"Brügge" (Belçika) "Atalanta"nın (İtaliya) yolunu kəsib - 2:1, 3:1.

"Benfika" (Portuqaliya) "Monako"nu (Fransa) mübarizədən kənarlaşdırıb - 1:0, 3:3.

"Real" (İspaniya) "Mançester Siti" (İngiltərə) ilə görüşlərdən qalib ayrılıb - 3:2, 3:1.

PSJ (Fransa) "Brest"i (Fransa) qol yağışı ilə üstələyib - 3:0, 7:0.

"Borussiya" (Almaniya) "Sportinq"dən (Portuqaliya) güclü olub - 3:0, 0:0.

PSV (Niderland) isə "Yuventus"la (İtaliya) çətin oyunlarda sərfəli nəticəni qazanıb - 1:2, 3:1.

Sözügedən komandalar Liqa mərhələsində ilk 8 yerin qalibi kimi 1/8 finala birbaşa vəsiqə əldə edən klublarla qarşılaşacaqlar.

Bunlar "Liverpul" (İngiltərə), "Barselona" (İspaniya), "Arsenal" (İngiltərə), "İnter" (İtaliya), "Atletiko" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Lill" (Fransa), "Aston Villa"dır (İngiltərə).

1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti