
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandanın hücumçusu Ademola Lukmanı Belçika “Brügge”si ilə Çempionlar Liqasının cavab matçında penaltidən yararlana bilmədiyinə görə tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Lukmanın davranışını bəyənmədiyini bildirib:
“Lukman indiyə qədər qarşılaşdığım ən pis penalti oyunçularından biridir. O, topu götürdü və penaltini yerinə yetirdi/
Baxmayaraq ki, Mateo Reteqi və De Ketelare bunu edə bilərdi. Ademolanın davranışını həqiqətən bəyənmədim”.
Cavab oyunu “Atalanta”nın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk qarşılaşmada da italiyalılar 1:2 hesabı ilə məğlub olmuşdu
. Beləliklə, “Brügge” iki oyunun cəmində daha güclü olub və Çempionlar Liqasının 1/8 finalına adlayıb.