
Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.
Sportinfo.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək.
"Real" evdə "Mançester Siti" ilə görüşəcək.
"Borussiya" doğma meydanda "Sportinq"i, PSJ isə Liqa 1-in digər təmsilçisi "Brest"i qəbul edəcək. "Yuventus" səfərdə PSV-nin qonağı olacaq.
21:45. "Borussiya" (Almaniya, Dortmund) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 3:0
00:00. PSJ (Fransa) - Brest (Fransa)
İlk oyun - 3:0
00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
İlk oyun - 3:2
00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya)
İlk oyun - 1:2