“Nə qədər yuxarı qalxsan... Çempionlar Liqasına düşsək, əla olar”

“Nə qədər yuxarı qalxsan... Çempionlar Liqasına düşsək, əla olar”

“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın bu mövsüm əldə etdiyi nailiyyətləri aşağılamamağa çağırır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasına düşməyin klub üçün əla ola biləcəyini söyləyib:

“Nə qədər yuxarı qalxsan, külək bir o qədər güclü olar.

Mövsümün əvvəlində klub avrokuboklara – ən azı Konfrans Liqasına və ya Avropa Liqasına qayıtmaq istəyini açıqlamışdı. Çempionlar Liqasına düşsək, əla olar”.

“Napoli”nin A Seriyasında bazar günü “Udineze” ilə qarşılaşması heç-heçə (1:1) yekunlaşıb.

Neapollular turnir cədvəlinə hələ də başçılıq edir. Komanda fevralın 15-də, 25-ci tur çərçivəsində səfərdə “Latsio” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO