Argentinalı hücumçu həftənin ən yaxşısı seçildi - Çempionlar Liqasında

31 Yanvar 01:30 Çempionlar Liqası 919
Argentinalı hücumçu həftənin ən yaxşısı seçildi - Çempionlar Liqasında

“Aston Villa”nın argentinalı hücumçusu Morqan Rocers azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Rocers ÇL-in Liqa mərhələsinin 8-ci turunda “Seltik”lə (Şotlandiya) görüşdə (4:2) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

22 yaşlı ingiltərəli oyunçu səsvermədə Antuan Qrizmann (“Atletiko”, İspaniya), Usman Dembele (PSJ, Fransa) və Lautaro Martinesi (“İnter”, İtaliya) qabaqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti