Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 7-ci turunda PSJ-yə uduzduqdan (2:4) sonra komandasının turnirin pley-off mərhələsinə yüksəlmək şanslarından danışıb.
“Çempionlar Liqasından kənarlaşmaq? Əlbəttə ola bilər.
Son oyunda qalib gələ bilməsək, pley-offdan necə danışa bilərik? Biz buna layiq deyilik.
Bu, həqiqətdir, kifayət qədər xal qazanmadıq və bunu qəbul etməliyik.
“Brügge” ilə ev oyununda son şansımız qaldı... Ümid edirəm vəsiqə qazana bilərik”, - mütəxəssis bildirib.
Qvardiolanın komandası liqa cədvəlində 25-ci pillədə qərarlaşıb 8-ci turun həlledici oyununda İngiltərə klubu doğma stadionunda Belçikanın “Brügge” klubu ilə qarşılaşacaq.