Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə 9 oyun baş tutub.
Turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutub. PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb və əzmkar qələbəyə sevinib.
“Real” evdə “Zalsburq”la qalib gəlib, “İnter” isə səfərdə “Sparta”dan üstün olub.
Ən gözlənilməz nəticələrdən biri də “Bayern”in səfərdə “Feyenoord”da böyük hesabla uduzması olub.
“Leypsiq” (Almaniya) – “Sportinq” (Portuqaliya) 2:1
Qollar: Şeşko, 19. Poulsen, 78 – Dyökereş, 75.
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Brest” (Fransa) 2:0
Qollar: Kevin, 18. Sudakov, 37-pen.
“Real” (İspaniya) – “Zalsburq” (Avstriya) 5:1
Qollar: Rodriqo, 23; 34. Mbappe, 48. Vinisius, 55; 77 – Bidstrup, 85.
PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) 4:2
Qollar: Dembele, 56. Barkola, 61. J.Neves, 78. Q.Ramos, 90+6 – Qriliş, 50; Haland, 53.
“Sparta” (Çexiya) – “İnter” (İtaliya) 0:1
Qol: L.Martines, 12.
“Arsenal” (İngiltərə) – “Dinamo” (Xorvatiya) 3:0
Qollar: Rays, 2. Haverts, 66. Edeqor, 90+1.
“Seltik” (Şotlandiya) – “Yanq Boys” (İsveçrə) 1:0
Qol: Benito, 86-öz qapısına.
“Feyenoord” (Niderland) – “Bayern” (Almaniya) 3:0
Qollar: S.Ximenes, 21; 45+9. Ueda, 89.
“Milan” (İtaliya) – “Jirona” (İspaniya) 1:0
Qol: Leao, 37.