UEFA Çempionlar Liqası Liqa fazasının 5-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, "Bayer"də çıxış edən Florian Virts həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı alman hücumameyilli yarımmüdafiəçi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Malik Tillman(PSV), Xulian Alvares("Atletiko") və Mateo Retegini ("Atalanta) qabaqlayıb.
Qeyd edək ki, Florian Virts "Bayer"in "Zalzburq"u 5:0 hesabı ilə məğlub etdiyi görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.