COP29

AFFA bu vacib məsələni dövlətlə razılaşdırdı, Elxan Məmmədov kənarda qaldı

AFFA bu vacib məsələni dövlətlə razılaşdırdı, Elxan Məmmədov kənarda qaldı

Azərbaycan 2026/27 mövsümü Çempionlar Liqasının finalını qəbul etmək üçün UEFA-ya müraciət edib.

Həmin matçı qəbul etmək üçün Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb.

Bakının finalda hələlik cəmi 1 rəqibi var. Bu, Madriddəki "Atletiko"ya məxsus "Metropolitano"dur. Digər namizədliklər 2025-ci ilin martın 19-dək təqdim oluna bilər.

Polşa (Varşava, Milli Stadion), İspaniya (Barselona, Kamp Nou), İsveçrə (Bazel, Sent Yakob Parkı) və Uels (Kardiff, Millenium) isə 2027-ci ildə qadınlar arasında Çempionlar Liqasının finalına ev sahibliyi etməkdə maraqlıdır.

Finala hansı şəhərin ev sahibliyi edəcəyi haqda qərarı UEFA İcraiyyə Komitəsinin 2025-ci ilin mayın 19-da keçiriləcək iclasında veriləcək.

Daha əvvəl Milandakı "San-Siro" stadionu da final üçün namizədliyini irəli sürmüşdü. Lakin sonradan onlar namizədliyini geri götürüb.

Hazırda bu mötəbər yarışı qəbul etməyə 68 min 700 tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu və 70 min azarkeş qəbul edə biləcək "Riyadh Air Metropolitano" arenasıdır.

Bakı Olimpiya Stadionu 2019-cu ildə "Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının final oyununa ev sahibliyi edib. Həmin il "Metropolitano" stadionu isə Çempionlar Liqasının finalını qəbul edib.

AFFA özbaşına UEFA-ya müraciət etməyib. Bu məsələ dövlət səviyyəsində razılaşdırılıb. Federasiya məhz hökümət dairələrindən dəstək alandan sonra Avropa futbol qurumuna müraciət ünvanlayıb.

O da maraqlıdır ki, AFFA-dan məsləhətləşmək üçün heç kim Elxan Məmmədovla əlaqə saxlamayıb.

Yaxınrlarda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilən federasiyanın sabiq icraçı vitse-prezidenti, ümumiyyətlə, prosesdən kənarda saxlanılıb.

AFFA namizədlik mövzusunda onun əlaqələrindən, yaxud hansısa formada köməyindən yararlanmaq niyyətində də deyil. Hər halda qurumdan bizə gələn bütün məlumatlar bu yöndədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu