COP29

“Qollarınızı vurmasaz, cəzalandırılacaqsız” - Paytaxt klubunun hücumçusu

“Qollarınızı vurmasaz, cəzalandırılacaqsız” - Paytaxt klubunun hücumçusu

Çempionlar Liqasının 3-cü turunda evdə “Lill”ə 1:3 hesablı məğlubiyyətlə üzləşən “Atletiko”nun hücumçusu Xulian Alvares fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, agentinalı futbolçu ilk hissəni əla keçirdiklərini bildirib:

“İlk hissəni əla keçirdik, amma dəqiqliyimiz çatışmadı. Belə turnirdə şanslarınızdan maksimum istifadə etməlisiz.

Burada çox güclü rəqiblər var. Qollarınızı vurmasaz, cəzalandırılacaqsız”.

Dieqo Simeonenin yetirmələri bu görüşdən sonra 3 xalla Çempionlar Liqasının turnir cədvəlinin 27-ci, “Lill” isə 6 xalla 15-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?