Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçirilib.
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"su "Zalsburq"la üz-üzə gəlib. "Dinamo" 2:0 hesablı qələbəyə sevinib. "Mançester Siti" "Sparta"nı darmadağın edib.
Günün maraqlı matçlarından biri "Estadio Olimpico Lluis Companys" arenasında oynanılıb. Kataloniya "Barselona"sı Münhen "Bavariya"sı ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçünün də formasını geyindiyi "Benfika" isə "Feyenoord"a uduzub. Portuqaliya təmsilçisinin yeganə qolunu da məhz Kerem Aktürkoğlu vurub.
20:45. "Atalanta" (İtaliya) - "Seltik" (Şotlandiya) - 0:0
20:45. "Brest" (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:1
Qollar: Melou, 39 - Virtz, 24
23:00. "Atletiko" (İspaniya) - "Lill" (Fransa) - 1:3
Qollar: Alvarez, 8 - Zeqrova, 61, David, 74-pen; 89
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Münhen) - 4:1
Qollar: Rafinya, 1, 45, 56, Levandovski, 36 - Keyn, 18
23:00. "Benfika" (Potuqaliya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: Aktürkoğlu, 66 - Ueda, 12, Milambo, 33, 90+2
23:00. "Mançester Siti" (İngiltərə) - "Sparta" (Çexiya) - 5:0
Qollar: Foden, 3, Haaland, 58, 68, Stons, 64, Nunes, 88-pen.
23:00. "Zalsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Kulenoviç, 49, Petkoviç, 84
23:00. "Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə) - 0:1
Qol: Nunez, 27
23:00. "Yanq Boyz" (İsveçrə - "İnter" (İtaliya) - 0:1
Qol: Tyuram, 90+3
22 oktyabr
"Milan" (İtaliya) – "Brügge" (Belçika) - 3:1
"Monako" (Fransa) – "Srvena Zvezda" (Serbiya) - 5:1
"Arsenal" (İngiltərə) – "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0
"Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) - 2:0
"Yuventus" (İtaliya) – "Ştutqart" (Almaniya) - 0:1
PSJ (Fransa) – PSV (Niderland) - 1:1
"Real" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya) - 5:2
"Şturm" (Avstriya) – "Sportinq" (Portuqaliya) - 0:2
"Jirona" (İspaniya) – "Slovan" (Slovakiya) - 2:0