Xəbər verdiyimiz kimi, “Real Madrid” Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən matçda Dortmund “Borusiya”sını möhtəşəm geridönüşlə (5:2) məğlub edib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmda bir neçə maraqlı faktlar qeydə alınıb.
Gecənin ulduzu Madrid klubunun hücumçusu Vinisus Junior olub. O, Çempionlar Liqasında ilk het-trikinə imza atıb.
Həmçinin braziliyalı futbolçunun 86-cı dəqiqədə meydanın özlərinə aid hissəsindən sürətlə tək irəliləyərək rəqib qapısına vurduğu qol isə matçın qolu seçilib.
Madrid klubu tarixində ilk dəfə birinci yarıda 0-2 hesabla məğlub olduğu qarşılaşmada qalib gəib.
Qarşılaşmanın qısa icmalı: