“Barselona”nın prezidenti Xuan Laporta Çempionlar Liqasında “Bayern”lə oyun ərəfəsində komandasının baş məşqçisi Hans Diter Flikə müraciət edib.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri Flikin onlara borclu olduğunu bildirib:
“Bizə borcunuz var. Daha böyük hesabla qalib gəlmək əla olardı, amma əsas qələbə qazanmaqdır”.
Flikin daha əvvəl rəhbərlik etdiyi Münhen komandası 2019/20 mövsümündə, turnirin 1/4 finalında “Barselona”nı 8:2 hesabı ilə məğlub etmişdi.
“Barselona” – “Bayern” qarşılaşması oktyabrın 23-də, saat 23:00-da start götürəcək.