“Barselona”nın prezidenti Xuan Laporta UEFA Çempionlar Liqasının dəyişdirilmiş formatı haqda danışıb.
Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, klub prezidenti daha çox pul qazanacaqlarını gözlədiklərini bildirib:
“Daha çox pul qazanacağımızı gözləyirdim, amma indiyə qədər yalnız matçların sayı artıb. Çempionlar Liqası mötəbər yarışdır, ancaq mən başqa şey gözləyirdim.
Avropa Super Liqası ideyası indi həmişəkindən daha canlıdır. Hər şey hazırdır. Bu layihəni yaratmaqda məqsəd ondan ibarətdir ki, bütün iştirakçılar ondan faydalansın”.
Çempionlar Liqasının formatı dəyişdirildikdən sonra iştirakçıların sayı 32-dən 36-ya yüksəlib. Komandalar artıq qruplara bölünmür, ümumi sıralamadadırlar.