“Goal” nəşri Çempionlar Liqası komandalarının Liqa mərhələsinin ilk iki turunda qeydə alınan nəticələrinə əsasən reytinq tərtib edib.
Sportinfo.az xəbər verir ki, sıralama komandaların ÇL-də qalib gəlmək şansını əks etdirir.
İlk iki turda “Atalanta” ilə heç-heçə (0:0) edib PSJ-yə isə (2:0) qalib gələn “Arsenal” reytinqdə birinci yeri tutub.
İkinci yerdə avqustdakı sıralamada lider olan “Mançester Siti” qərarlaşıb. İlk “üçlüy”ü çərşənbə günü “Lill”ə uduzan “Real Madrid” tamamlayır.
Bundan başqa ilk “10-luq”da “Liverpul”, “İnter”, “Bavariya”, “Bayer Leverkuzen”, “Yuventus”, “Barselona” və “Borussiya Dortmund” yer alıb.